2 C
Baku
Saturday, December 14, 2024

Ərdoğan türk hərbçilərin Azərbaycanda fəaliyyətini müzakirə edəcək

Türkiyə Milli Təhlükəsizlik Şurasının 2021-ci ildə ilk iclası yanvarın 28-də baş tutacaq.

Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçiriləcək iclasda türkiyəli hərbçilərin Azərbaycandakı fəaliyyəti müzakirə mövzusu olacaq.

 

Bundan başqa, iclas zamanı Türkiyə ilə Yunanıstan arasındakı Şərqi Aralıq dənizi məsələsi, Türkiyə ordusunun Liviyada və Suriyada fəaliyyəti və terrorla mübarizə məsələləri müzakirə mövzusu olacaq.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər