Yunanıstanın NATO daxilində bir güc qatqısı yoxdur, Türkiyə varsa, NATO güclüdür.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Yunanıstanın NATO çərçivəsində Türkiyəyə qarşı mənfi mövqe tutması Türkiyə-NATO münasibətlərini zəiflədə bilməz, çünki Türkiyəsiz NATO düşünülmür.