-1 C
Baku
Sunday, December 15, 2024

Ərdoğan: “Yunanıstan nə siyasi, iqtisadi, nə də hərbi baxımdan Türkiyə ilə bərabərdir”

Yunanıstan nə siyasi, iqtisadi, nə də hərbi baxımdan Türkiyə ilə bərabərdir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin Ankarada keçirilən iclasının yekunlarına dair deyib.

“Fürsətdən istifadə edərək, son zamanlar ölkəmizə qarşı təzyiq və təkəbbürünü gücləndirən Yunanıstanı bir daha xatırlatmaq istəyirəm. Yunanıstan siyasi, iqtisadi və hərbi münasibətlərdə bizimlə bərabər deyil, ona görə də düşmənimiz deyil”, – Ərdoğan deyib.

Dövlət başçısı Balkan ölkələrinə sentyabrın 6-da başlayacaq səfərini də xatırladıb.

“Türkiyə son zamanlar gərginliyin artdığı bu regionda sülhün, əmin-amanlığın, inkişafın və ədalətin təmsilçisi kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməkdə davam edir”, – Prezident bildirib.

Türkiyə liderinin sözlərinə görə, gələn həftə Özbəkistanda “Şanxay beşliyi”nin toplantısı keçiriləcək.

Ərdoğan vurğulayıb ki, bu görüşdə Türkiyə nümayəndə heyəti rəsmi Ankaranın Orta və Şərqi Asiyada hüquq və maraqlarını inkişaf etdirmək yollarını axtaracaq.

“Gələn həftə BMT Baş Assambleyasının sessiyasında iştirak edəcək, dünya və regional gündəmlə bağlı mövqelərimizi ifadə edəcəyik, həmçinin çoxlu görüşlər və müzakirələr aparacağıq. Türkiyənin regionda və dünyada artan gücü, nüfuzu və məsuliyyəti bizə deyir ki, daim üfüqlərimizi genişləndirməli, əlaqələrimizi şaxələndirməli və imkanlardan istifadə etməliyik. Bunun üçün siyasətdən tutmuş iqtisadiyyata qədər bütün sahələrdə hədəflərimizə qətiyyətlə əməl etməli, qlobal hadisələri öz xeyrimizə yönəltməliyik”, – Türkiyə lider əlavə etdi.

Dövlət başçısının fikrincə, bu cür gərgin səylərin yeganə səbəbi, Türkiyə və onun xalqı üçün bu tarixi fürsətdən ən yüksək səviyyədə istifadə edilməsidir.

“Hər fürsətdə vurğuladığımız və təkrar etdiyimiz kimi, Türkiyə güclü olmalı və gücünü daim artırmalıdır. Əks halda, ölkəmizi fəlakətlərə sürükləmək istəyənlərə fürsət vermişik, bunun nümunələrini ətrafımızda dəfələrlə görmüşük”, – Ərdoğan fikirlərini yekunlaşdırıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər