“Yunanıstanı bizə qarşı təhrik edənlərin niyyətini yaxşı bilirəm”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, rəsmi Ankara çirkli ssenarilərin həyata keçirilməsinə imkan verməyəcək: “Adalara yığılan silahlar bizim üçün mənasızdır. Çünki bizim imkanlarımız daha çoxdur”.
Türkiyə lideri Yunanıstana xəbərdarlıq edib: “Özünüzə gəlin. ABŞ-dan gələn dəstək sizə kömək etməz”.