Müəllif: Lyudvik Stein
Təsəvvür etmirəm ki, mənim hörmət etdiyim yazıçı German Gesse bunu hansı kontekstde demişdir: “Hər bir başlanğıcda bir sehr yaşayır…”, mənim üçün bu, məhz belədir.
Məsələn: mən pivə sevmirəm. Ən əvvəl o səbəbdən ki, onu qadın içkisi hesab etmirəm. Razılaşın ki, bir var əlinizdə martini ilə qəşəng qədəh, bir də var ki pivə butuklası olsun. Lakin bəzən, tanışlardan kim isə sərin pivə butulkasını açanda, mən bir qurtum içməyə xahiş edirəm, ancaq bir qurtum. Mən onun ancaq soyuq, kəskin, dad reseptorlarını oyadan birinci qurtumunu xoşlayıram.
Və məndə hər şey belədir. Mənə hər bir işdə birinci qurtum – yəni başlanğıc maraqlıdır. Və hər bir yeni iş məndə həmişə maraq oyadır. Bu anda mənə səmimi olaraq elə gəlir ki, bu işdən vacib daha heç bir şey yoxdur. Maraqla öyrənirəm, mənimsəyirəm. Dəli kimi qaçıram, ətrafda hamını ruhlandırıram, öz nikbinliyimi başqalarına sirayət edirəm.
Lakin mənə həmişə bir iş yerində qalmaq çox mürəkkəb olub. Ətalət, təkrarlar gördükdə, bir anda daxilən məyus olurdum, halbuki zahirən bir qədər “simanı saxlamağa” davam edirdim. Mən daha nə ilə məşğul olmamışam, hər şeyi bir az öyrənirdim, amma… heç nədə xüsusi müvəffəqiyyət qazanmadım.
Bir gün mənim növbəti dəfə məyus olmaq anım gəldi. Və növbəti yeni yolu axtarmağa başlamazdan əvvəl, məndə şəxsi səhvlərin analizinin təbii keçid dövrü baş verdi.
Bu kimi sintez anında mən gözlərimi geniş açaraq, şanslı insanlara baxdım və … dəhşətə gəldim. Təəccüblüdür, hansısa səbəbdən birdən nə isə aydın olur. Bu hər zaman olub və sən bunu görürdün, lakin necə isə fikir vermirdin yaxud təhlil etmirdin.
Hətta ən yaradıcı əmək ətalətlidir. Əgər sən uzun illər ərzində öz böyük həvəsini hər hansı bir işə sərf etmirsənsə, müvəffəqiyyət qazanmaq mümkün deyil.
Kim isə uşaqliqdan teatr aktrisası, aktyoru olmaq arzusunda olur. Lakin, müvəffəqiyyətlə formalaşmış aktyor taleyinə baxsaq, tüklərimiz ürpəşər. Müvəffəqiyyətli aktyor on illərlə bir tamaşanı oynayır. Rolu təkminləşdirir. Layiqli tamaşa olduqda, bu yaxşıdır. Andrey Mironov öz “Fiqaro”su-nu neçə dəfə oynamışdır? Premyera 1974-cü ildə olmuşdur, Fiqaro obrazında isə 1987-ci ildə vəfat etmişdir. Bundan başqa, hələ ən azı bir il məşqlər. Nəticədə 14 il! Bəs Vladimir Visotskiy Hamleti?! Premyera 1971-ci ildə olmuşdur, axırıncı tamaşa isə 1980-cı ildə oynanılmışdır. Bir aya, bir ilə neçə tamaşa? Kim isə artıq yəgin hesablayıb, lakin təssəvvür etdikdə adamı dəhşət götürür.
Vokalistlərlə də elədir.. Əgər mahnı “partlayış” edərək xit olursa, bu halda, hətta əgər o çox müvəffəqiyyətli olsa və sizin pərəstiş etdiyiniz müğənni ifa etsə belə, artıq bir aydan artıqdır ki, onu eşidəndə radio dinləyicilərinin ürəyi bulanır. Bəzən yazıq ifaçı onu bütün ömrü boyu oxumalı olur. Məsələn, Aleksandr Serov on ildən artıqdır “Məni sevirsən” mahnısını oxuyur. Bəs nə etməli? O isevilən artistdir, mahnı da həqiqətən yaxşıdır.
Mənim rəssam tanışım var. У меня есть знакомый художник. Onun çəkdiyi bir natyurmort uğurlu olmuşdur, düzünü desək pis deyildi, gözəl idi: şam, qədəh, açıq Bibliya. Onun başqa işləri indi də günəş altında həsrət çəkirlər, bu isə o an və çox baha satılmışdır. Ailə bu pullara, həmin natyurmortun surəti satılınca ehtiyacsız yaşadı. Bu səbəbdən o bu natyurmortu konveyer üsuluna keçirmişdir. Eyni şəkili artıq bir neçə ildir trafaretdən istifadə edərək çəkir. Hər şey bir yana, içməyə başlamışdı …
Beləliklə, hansı sənəti götürürük götürək, ətalətsiz olmur. Ərzaq mağazasının kassiri. Şagirdlərə qammaları öyrədən musiqi müəllimi yaxud artıq öz onuncu buraxılışı ilə sıfırlar və çubuqlar yazan ibtidai məktəb müəllimi. Yubka yaxud paraşut tikilməsində eyni tikiş arxasınca tikiş əməliyyatı yerinə yetirən dərzi. Ancaq marşrutu dəyişən sürücü. Lakin bizim hər birimiz istəyirik ki, uşaq məhz təcrübəli və yaxşı müəllimin əlinə düşsün. Və təhlükəki yollarla bizi və bizim yaxınlarımızı hansı sürücünün aparması çox vacibdir. Deməli məhz belə mütəxəssislər qiymətlidirlər. Hər gün öz işlərini görür işçilər.
Həqiqətən nəyi istədiyimizi bilmək, xoşbəxtlikdir.
Aydın oldu ki, ətalətdən qorxmaq lazım deyil. Ona sadəcə hazır olmaq lazımdır. Həqiqətən qorxulusu, öz işinizi tapmamaqdır. İşin bircürəliyinə baxmayaraq hər gün onunla məşğul olmaq sizə maraqlıdır. Bir dəfə başladığınız işi, siz artıq etməyə bilmirsiniz.
Aktyor və rejissor Artyom Mazunov öz mühasibəsində deyir: “Kino rejissurası məni hər zaman cəlb edirdi …, çox vaxt stereotiplər bizə bu sənətin romantik tərkibini təsvir edirlər. Lakin mən bilirdim nəyi seçmişəm. Bu həm yuxusuz gecələrdir, dəhşətli artıq işləmədir, elementar nahar etmək imkanı olmadan çəkiliş meydançasında daima olmaqdır, montaj otağında iyirmi saat oturmaqdır və işə olan əngəllərdən yastığa axan göz yaşlarıdır … Qısası, fanatik olmaq lazımdır. Məncə bu hər bir işə aiddir. Vacibi odur ki, sən özünü ona nə qədər həsr etməyə hazırsan, sonra isə o sənə əvəzini verəcək”.
Əgər sənin arzuların sənin qabiliyyətinlə üst üstə düşərsə bu çox yaxşı olar. Əgər, sənin valideynlərin uşaqlıqdan təbiət tərəfindən sənə verilən qabiliyyətləri qabaqcadan görə və inkişaf etdirə bilsələr, bu yaxşı olardı. Və əla olardı ki, sən vaxtında mühüm olan, bir istiqamətdə hərəkət etmək və bunun istəkli məqsədin olmaq fikrini dərk etsən, sənin çox yüksəyə qalxmaq, seçdiyin işdə böyük məharət qazanmaq şansın həmişə olacaq
Aktyor Sergey Mironov deyir: “Mənim daxilimdə çox maraqlı təkliflər və nəticədə maraqlı həyat cəlb edən öz işimə ürəkdən sevgim var”.
Peşəkar hər yerdə yüksək qiymətləndirilir. Siz fikir vermisiz , öz işini gözəl görən insana biz necə asan vuruluruq. Məhz nə etdiyindən: ayaqqabı təmirindən, skripkada ifasından, kafel qoymağından asılı olmayaraq. Onun öz alətlərindən necə məharətlə istifadə etməsinə baxmaq necə də xoşdur. Çünki, əgər sən öz işini sevgi ilə edirsənsə, hər bir peşə vacib və hörmətlidir.
“Mən həmişə öz işə qarşı sevginin vacibliyini qeyd edirəm və edəcəyəm. Əgər sizin məqsədinizin pul olduğunu hesab edirsinizsə, deməli siz ozünüzü aldadırsınız. Pul üçün yolda asan əldən düşmək olar. Həvəs çox böyük enerji mənbəyidir… Dövlətlı olmaq üçün birinci addım sizə mütləq və şərtsiz xoşunuza gələn işi tapmaq lazımdır”. Milyarder Donald Tramp.
Düşünürəm ki, bütün insanlar qəfildən hansısa bir allah vəhyi eşitmək və öz missiyalarını başa düşməyi arzulayırlar. Lakin çox vaxt biz özümüzü dərk etməyə istədiyimiz kimi tez yaxınlaşa bilmirik. Çoxlarımız ömrümüz boyu axtardığımız iş istiqamətində yavaş-yavaş və inamsız gedirik.
“Bəzən olur ki, insan sənətə, təbiətin ona verdiyi istedada xəyanət etməklə özü özünü məhv edir… Mən ancaq indi başa düşməyə başladım ki, əgər məni ən vacibindən – sənətimdən uzaqlaşdıran vurnuxmalardan, hər xırdalıqlara fikir verməkdən uzaq olsa idim, özümə daha çox hörmət edərdim”. “İstirahət edənlərin həyatından” bədii filmindən.
Ola bilsin ki, mən çox yaxşı yazıçı yaxud ssenarist ola bilərdim. Ancaq öz taleyin barədə mümkün qədər qabaqcadan düşünərək, istəkli arzunuza həvəslənməyə dəyərdi.
Lakin ümid qalır ki, öz uşaqlarına, nəvələrinə özün uşaqlıqdan dərk edə bilmədiyini mümkün qədər sadə dildə başa salmağa çatasan və bacarasan. Onlara o fikri çatdırmaq vacibdir ki, əgər hər şeyi qurtum qurtum, az-az etməklə başlayarlarsa, onda axtarışla, şübhə ilə və peşmançılıqlarlala dolu və kifayət qədər maraqlı bir həyat yaşaya bilərlər.
Lakin əgər həvəslə və sevgi ilə “bir hədəfə vursaq”, bu halda son dərəcə yaxşı müvəffəqiyyət qazanmaq, maliyyə rifahı və ən əsası məmnun və hamıya lazım olmağınız hissinə nail olmaq olar.
Yalnız kəmiyyət keyfiyyətə keçir.