10 C
Baku
Thursday, December 12, 2024

​Azərbaycan Beynəlxalq Bankı nizamnamə kapitalını yarım milyard manat artırır

10 fevral 2016-cı il tarixində Azərbaycan Beynəlxalq Bankının səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilib. Yığıncaqda Bankın nizamnamə kapitalının artırılması və bir sıra prosedur məsələlərə baxılıb.

Banker.az Beynəlxalq Banka istinadən xəbər verir ki, ümumi yığıncaqda Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının yeni səhmlərin emissiyası yolu ilə 500 milyon manat məbləğində artırılması, bununla da Bankın nizamnamə kapitalının 1 milyard 141,3 milyon manata çatdırılması qərara alınıb.

Bununla yanaşı, Audit Komitəsinin tərkibində dəyişiklik edilib və kommersiya xarakterli layihə ilə bağlı prosedur məsələyə baxılıb.

Son xəbərlər
Digər xəbərlər