Səkkiz aya 140 mln. manatlıq “ƏDV geri al” ödənilib

2026-cı ilin yanvar-avqust aylarında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 139,8 milyon manat ƏDV qaytarılıb.

Banker.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% çoxdur. 2025-ci ilin ilk səkkiz ayında geri qaytarılan ƏDV-nin həcmi 124,7 milyon manat təşkil etmişdi.

Eyni dövrdə xarici vətəndaşlara “Tax free” sistemi üzrə qaytarılan ƏDV isə 6,2 milyon manat olub. Bu göstərici illik müqayisədə 10,6% azalıb. 2025-ci ilin yanvar-avqust aylarında xarici vətəndaşlara 6,9 milyon manat ƏDV qaytarılmışdı.

Qeyd edək ki, “ƏDV geri al” istehlakçıların alış-veriş zamanı ödədikləri ƏDV-nin müəyyən hissəsinin dövlət tərəfindən onlara geri qaytarılması mexanizmidir. Bunun üçün alış zamanı fiskal çek təqdim edilməli və çek sistemdə qeydiyyata alınmalıdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər