Sentyabrın 14-də “Bank VTB (Azerbaijan)” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Banker.az xəbər verir ki, bu barədə Reporta Bankdan bildirilib.
Məlumata görə, yığıncaq “Bank VTB (Azerbaijan)”ın baş ofisində – Bakı şəhəri, Xətai prospekti,38 ünvanında saat 11:00-da baş tutacaq. Yığıncağın gündəliyi açıqlanmayıb.
Xatırladaq ki, “Bank VTB (Azerbaijan)” Rusiyanın “VTB Bank” ASC-nin törəməsidir. Onun nizamnamə kapitalı 50,815 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,2 manat olan 254,075 mln. ədəd səhm əsasında formalaşıb. Səhmlərin 51%-i Rusiya tərəfinə, 48,99%-i “AtaHolding” MMC-yə, 0,01%-i isə bir fiziki şəxsə məxsusdur.