15 C
Baku
Sunday, November 24, 2024

Rusiya-Ukrayna müharibəsinin 32-ci günü

12:43 -Ukrayna Ordusu Xarkovun Olxovka kəndini azad edib

12:05 – Rusiya Ukraynaya humanitar yardım göndərdi

Bu gün səhər Rusiya Aerokosmik Qüvvələrinin “İl-76” təyyarəsi ilə Ukraynanın mülki əhalisi üçün 70 tondan çox humanitar yük Belarusun Qomel şəhərinə çatdırılıb.

11:00 -Böyük Britaniya hökuməti rusiyalı neft-qaz milyarderi Yevqeni Şvidlerin iki şəxsi təyyarəsindən istifadəyə həbs qoyub.

10:45 -Ukrayna Rusiyanın itkilərini açıqlayıb.

Qeyd edilib ki, fevralın 24-dən martın 27-dək Rusiya 16 600 canlı qüvvə itirib. Rusiyanın 582 tankı, 1665 zirehli döyüş maşını, 294 artilleriya sistemi, 121 təyyarəsi, 127 helikopteri, 1144 avtomobil texnikası, 7 kateri, 56 dronu, 73 yanacaq çəni məhv edilib

10:00 -Ukraynada müharibədə 139 uşaq ölüb

3:38 – Rusiya qoşunları “Donbasın azad edilməsinə” cəmləşib, Kiyev, Xarkov və Odessanı tutmayacaqlar.

Bunu Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Aretoviç brifinq zamanı deyib.

2:53 -Zelenski NATO-dan tank və təyyarələr istəyib

2:00 -Ukrayna lideri dünya böhranı barədə xəbərdarlıq edib

 O, bildirib ki, Ukraynanın müharibə şəraitində öz torpaqlarını becərməsi çətin olacaq

1:51 -Rusiya ordusu Ukraynanın Slavutiç şəhərini ələ keçirib

1:20 -Lvovun atəşə tutulması zamanı neft bazasına və zavoda hücum olub

00:45 –Rusiya MN: Ukraynada 91 hərbi obyekt vurulub

00:01 – ABŞ Ukraynaya sərhədlərinin təhlükəsizliyini təmin etmək, asayişi qorumaq və hökumət infrastrukturunu qorumaq üçün əlavə 100 milyon dollar verəcək.


 

Müharibəsinin 31-ci günü

Müharibənin 30-cu günü
Müharibənin 29-cu günü
Müharibənin 22-ci günü
Müharibənin 21-ci günü
Müharibənin 20-ci günü
Müharibənin 19-cu günü
Müharibənin 16-18-cü günü
Müharibənin 15-ci günü
Müharibənin 14-cü günü
Müharibənin 10-13-cü günü
Müharibənin 9-cu günü.
Müharibənin 8-ci günü.
Müharibənin 7-ci günü.
Müharibənin ilk 6 günündə baş verənlər.

Son xəbərlər
Digər xəbərlər