19 C
Baku
Tuesday, April 16, 2024

1-ci / 2-ci / 3-cü dərəcəli inkassator-Sürücüsü (Şirvan filialı) – Xalq Bank

Vəzifə: “Şirvan” filialının 1-ci dərəcəli inkassator-sürücüsü, 2-ci dərəcəli inkassator-sürücüsü, 3-cü dərəcəli inkassator-sürücüsü

Əmək haqqı:  (590 AZN-dən 980 AZN-dək)

İş qrafiki:  09:00 – 18:00 / Bazar ertəsi – Cümə

Şəhər:  Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali , orta və ya orta-ixtisas təhsil;
• Sürücülük vəsiqəsi (BC kateqoriya);
• Həqiqi hərbi xidmət;
• Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
• Rəsmi sürücülük stajı ən azı 3 il;
• Mükəmməl Azərbaycan dili, istifadə dərəcəsində rus dilinin bilikləri;
• Nəğd pulla intensiv işləmə bacarığı;
• Gərgin iş qrafikində işləmək bacarığı;
• Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
• İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı.

İŞİN TƏSVİRİ:

• Nağd pul və digər qiymətlilərin daşınması ilə bağlı əməliyyatların aparılmasına dair qaydalara riayət edir;
• Nağd pul və digər qiymətlilərin daşınması vaxtı briqada başçısının işlə əlaqədar bütün tələblərini yerinə yetirir və sərvətlərin qorunması üçün tədbirlər həyata keçirir;
• Nağd pul və digər qiymətlilərin daşınması üzrə müvafiq təlimat və qaydaları bilməlidir;
• Vəzifəsinin icrası ilə bağlı bütün məlumatların məxfiliyinin təmin edilməsinə və bank sirrinin qorunmasına görə qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır.

QEYD:  Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq. CV – lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E – mail:    [email protected]
Telefon:    (012) 404 43 39
Faks:        (012) 404 43 34

Son xəbərlər
Digər xəbərlər