3 C
Baku
Saturday, December 14, 2024

10 adda baytarlıq preparatı dövlət qeydiyyatına alınıb – Siyahı

2022-ci ilin 25 fevral – 3 mart tarixlərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ümumilikdə 10 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınaraq qeydiyyat şəhadətnaməsi sifarişçiyə təqdim olunub. Qeydiyyata alınan baytarlıq preparatlarından 7 ədədi Türkiyə, 2 ədədi Rusiya, 1 ədədi isə Çin istehsalıdır.

Qeyd edək ki, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının qanununa əsasən baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat şəhadətnaməsinin verilməsi AQTA tərəfindən həyata keçirilir.

Banker.az AQTA-ya istinadən həmin preparatların siyahısını təqdim edir:

İstehsalçı ölkə İstehsalçı şirkət Preparatın adı Preparatın növü
1 Türkiyə Topkin-Topkapı İlaç Premiks San ve Tic A,Ş Selefos baytarlıq preparatı
2 Türkiyə Topkin-Topkapı İlaç Premiks San ve Tic A,Ş Sefakim baytarlıq preparatı
3 Türkiyə Topkin-Topkapı İlaç Premiks San ve Tic A,Ş Eprinomek baytarlıq preparatı
4 Türkiyə Topkin-Topkapı İlaç Premiks San ve Tic A,Ş Cesamolin baytarlıq preparatı
5 Türkiyə Topkin-Topkapı İlaç Premiks San ve Tic A,Ş Nikal baytarlıq preparatı
6 Türkiyə Topkin-Topkapı İlaç Premiks San ve Tic A,Ş Doksimiks 20% baytarlıq preparatı
7 Türkiyə Topkin-Topkapı İlaç Premiks San ve Tic A,Ş Proparasid 7% baytarlıq preparatı
8 Rusiya Federasiyası Aqrofarm EİB MMC Benzilpenisillin natrium duzu inyeksiya üçün baytarlıq preparatı
9 Rusiya Federasiyası Aqrofarm EİB MMC Streptomisin sulfat inyeksiya üçün baytarlıq preparatı
10 Çin Xalq Respublikası Hebei Guangren Pharmaceutical Technology Co.Ltd. Niklosam-Vet baytarlıq preparatı
Son xəbərlər
Digər xəbərlər