10 aylıq maksimum – Üç illik dövlət istiqrazlarının gəlirliliyi 9%-ə yüksəlib

11 iyun 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 3 illik (1092 gün) olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az xəbər verir ki, 3 illik dövlət istiqrazlarının orta çəkili gəlirliliyi 8.99% təşkil edib. Bu da sonuncu dəfə 14 mayda baş tutan eyni parametrlər üzrə istiqrazdakı istiqrazlar üzrə göstəricidən xeyli yuxarıdır. Həmin hərracda istiqrazların gəlirliliyi 8.71% təşkil etmişdi.

Sonuncu dəfə 2023-cü ilin iyulun son hərracında üç illik dövlət istiqrazlarının gəlirliliyi 9%-dən yuxarı idi və bu günki nəticə son 10 ayın maksimal göstəricisidir.

BFB-dən bildirilir ki, 28 investor hərracda iştirak edib və 63 sifariş verib. Maliyyə Nazirliyi xəzinəsinə ümumilikdə 70 mln. manat vəsait cəlb edib.

İstiqrazların buraxılışı üzrə məlumatlar aşağıdakı kimidir:

Emitent Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Dövlət istiqrazının növü Kuponlu, ortamüddətli dövlət istiqrazları
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ0201070148
İstiqrazların tədavül müddəti 1092  gün
Buraxılış həcmi 70,000,000 manat
Nominal dəyəri 100 manat
Minimal qiymət 92.4831 (9.96%) manat
Maksimal qiymət 96.6303 (8.2917%) manat
Kəsmə qiyməti 94.2702 (9.23%) manat
Ortaçəkili qiyməti 94.8748 (8.9869%) manat
Reallaşdırılmış həcmi 70,000,000 manat
Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) 151,358,300 manat
İnvestor sayı 28
Sifarişlərin sayı 63
Ödəmə tarixi 08.06.2027
Anderrayter Paşa Kapital İŞ QSC

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər