8 C
Baku
Friday, December 13, 2024

10 sığorta şirkətinin ödənişləri artıb – SİYAHI

2020-ci ildə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətindən 10-nun ödənişləri illik müqayisədə artıb, 6-nin ödənişləri azalıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, “Naxçıvansığorta” və “Xalq Həyat” Sığorta ötən il ödəniş etmədiyindən, “Aqrar” Sığorta və Meqa Həyat Sığorta yeni yarandığından müqayisə etmək mümkün deyil.

Ən çox sığorta ödənişi artan şirkətlər arasında birinci yerdə “Dövlət Sığorta Kommersiya” şirkəti (7 dəfə) dayanır. Sığorta ödənişi ən az artan şirkət isə “PAŞA Sığorta” (artım 2%).

Ödənişləri illik müqayisədə ən çox azalan şirkət “İpək Yolu Sığorta” şirkətində (79% azalma), ən az azalma isə “Meqa Sığorta” şirkətində (5% azalma) qeydə alınıb.

200

Son xəbərlər
Digər xəbərlər