10 C
Baku
Thursday, December 12, 2024

10 yaşlı BOKT 2020-ci ili də mənfəətlə bitirib

10 yaşlı “Asel Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC 2020-ci ildə xalis mənfəət əldə edib

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

2020-ci ildə “Asel Kredit”in vergiyəqədərki mənfəəti 87 min manat (illik müqayisədə 2 dəfə artım), mənfəət vergisi ödəmələri isə 17 min manat (2.1 dəfə çox) edib.

Nəticədə, hesabat ilini 70 min manat xalis mənfəətlə başa vurub ki, bu da 2019-cu illə müqayisədə 2.2 dəfə artım deməkdir.

2020-ci ilin sonuna BOKT-un aktivləri 6.% artımla 8 012 min manat olub ki, bunun da 6 622 min manatı (illik müqayisədə 4% artım) müştərilərə verilmiş kreditlərdir.  Təşkilatın öhdəlikləri 11.7% azalaraq 4 622 min manata qədər gerilməşdir.

“Asel Kredit” BOKT 2011-ci ildə yaradılıb, BOKT-un 3 milyon manatlıq kapitalının səhmdarları açıqlanmır

Son xəbərlər
Digər xəbərlər