19 C
Baku
Sunday, April 28, 2024

11 ayda nişanın tələblərinin pozulmasına görə 40 mindən çox protokol tərtib olunub

Bu ilin 11 ayı ərzində Bakıda İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi üzrə, nişanın tələblərinin pozulmasına görə 40 mindən çox protokol tərtib olunub.

Bunu xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransında Baş Dövlət Yol Polisinin baş inspektoru Araz Əsgərli qeyd edib.

“Paytaxt ərazisində ən çox qayda pozulması dayanma və durma ilə bağlıdır. Bunlar daha çox səkilərin, piyada zolaqlarının, avtobus dayanacaqlarının tutulması ilə bağlıdır. Hələ də avtobus zolaqlarına istədiyimiz qədər məsuliyyətli münasibət yoxdur. Bu cür qayda pozuntuları kamera görüntüləri ilə araşdırılır və hər birinə hüquqi qiymət verilir”, – deyə A. Əsgərli bildirib.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər