“PSG Kapital İnvestisiya Şirkəti” QSC-yə direktor müavini təyin edilib.
Bu vəzifəyə Azərbaycanın qiymətli kağızlar bazarı üzrə tanınmış mütəxəssisi, maliyyə analitiki Cəfər İbrahimli gətirilib.
O, bundan əvvəl “Kapital Menecment İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasının (MŞ) üzvü olub.
Xatırladaq ki, “PSG Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. Şirkətin səhmləri 100% Faiq Ağababa oğlu Məmmədova məxsusdur.