16 C
Baku
Thursday, May 2, 2024

MolBulak xeyriyyə aksiyası keçirib – FOTO

Yaşadığımız mühitdə mövcud olan ictimai-sosioloji problemlərə biganə qalmamaq məqsədilə “MolBulak” BOKT əməkdaşları Müqəddəs Qurban Bayramı ilə əlaqədar talassemiyadan əziyyət çəkən uşaqlara kömək məqsədi ilə qanvermə aksiyası keçiriblər. Təşkilatın filial və Baş ofisinin əməkdaşlarının iştirakı ilə keçirilən aksiya Bakı şəhəri Svetlana Məmmədova 107 ünvanında yerləşən Baş Ofisində baş tutub. 

Mərkəzi Qan Bankının iştirakı ilə keçirilən bu sosial layihədə ümumi olaraq “Molbulak”ın 25 əməkdaşı iştirak edib.

Kredit təşkilatı tərəfindən artıq bu il ərzində  3-cü dəfədir ki bu tip aksiya həyata keçirilir və gələcəkdədə davam etdirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, MolBulak  bundan öncə Ramazan Bayramı ilə əlaqədar olaraq  ehtiyacı olan körpələr evinə və kimsəsizlər evinə ərzaq və məhsullar yardım etmişdir.

Məlumat üçün bildirək ki, MolBulak Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan BOKT-lardan hesab olunur. Təşkilatın Bakı və regionlarda 26 filialı müştərilərə xidmət göstərir. Kredit Təşkilatı haqda daha ətraflı http://www.molbulak.az ünvanından öyrənə bilərsiz.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər