7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda 1 milyon manatdan bahalı olan maşınlar var

Dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda bahalı avtomobillərə maraq var. Əsasən paytaxt küçələrində göz oxşayan bu avtomobilləri görmək mümkündür. Bəs görəsən Azərbaycanda ən bahalı avtomobillər hansılardır?

Məsələ ilə bağlı danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı deyiib ki, Azərbaycana avtomobillər iki istiqamətdə gətirilir: bir rəsmi nümayəndəliklər, bir də ayrı-ayrı şəxslər tərəfindən gətirilir.

“Azərbaycanda dəyəri 1 milyon manata yaxın, hətta 1milyon manatdan yuxarı avtomobillər var. Rəsmi servislərdən “Mercedes Benz” firmasına aid olan 6300 kubmetrlik “S klass” modelinin qiyməti təxmini 350 min manatdan başlayır. Eyni zamanda “Galendevagen” markasının qiyməti də kifayət qədər yüksəkdir.

Rəsmi servis tərəfindən gətirilən həmin avtomobillərin qiyməti 300 min manatdan başlayır. BMW markasının 7-ci seriyadan olan avtomobillərinin qiyməti təxminən 280 min manatdan başlayır. Rəsmi servislər tərəfindən gətirilən “Porsche”, “AUDİ”, “Lexus” kimi markalarının bəzi modellərinin qiyməti 200 min manatdan başlayır. Amma nümayəndəliyi olmayan şəxslər tərəfindən Azərbaycana gətirilən elə nəqliyyat vasitələri var ki, onların dəyəri 400-500 min manat və bəzən daha bahadır”.

R. Osmanlı bildirib ki, avtomobillərin Azərbaycana gətirilməsində hər hansı bir məhdudiyyət yoxdur.

“Azərbaycan qanunvericiliyində dəyər ifadəsində məhdudiyyət olmur. Avtonəqliyyat vasitələrinin dəyərindən və mühərrik həcmindən asılı olaraq onlara tətbiq edilən gömrük və vergi rüsumları var. Həmin rüsumlar qanunvericiliklə tənzimlənir və burada avtonəqliyyat vasitələrinin dəyəri ilə bağlı hansıda məhdudiyyət mövcud deyil”.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər