8 yanvar 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50200289S dövlət qeydiyyat nömrəli, 150 milyon manat həcmində, 84 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 13 investor tərəfindən qiyməti intervalı 97.7198 (10.00%) və 98.8696 (4.89%) olan 19 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 442,508,700.00 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.6193 (6.00%), orta ölçülmüş qiyməti isə 98.6896 (5.69%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 150,000,000.00 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 02.04.2021-ci ildir.