Elm və Təhsil Nazirliyinin tabeliyindəki 1700-ə yaxın bağçada monitorinq aparılıb.
Bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev məlumat verib.
O, bağçalarda infrastrukturla bağlı ciddi problemlər aşkarlandığını, bəzi bağçaların təmirə ehtiyacı olduğunu bildirib.
Nazirlik rəsmisinin sözlərinə görə, qeydiyyatdan keçib bağçaya gəlməyən uşaqlarla bağlı yeni qaydalar hazırlanır. Belə ki, qeydiyyatdan keçən, ancaq bağçaya gəlməyən uşaqlar bağçadan çıxarılacaq.
Elnur Əliyev, həmçinin Bakı, Sumqayıt və Abşeronda əhali sıxlığına görə kifayət qədər bağça olmadığını vurğulayıb.