12 C
Baku
Wednesday, April 24, 2024

Bakıda Azərbaycan – Avstriya biznes forumu keçirilib

Mayın 16-da Bakıda Azərbaycan ilə Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası çərçivəsində Azərbaycan – Avstriya biznes-forumu keçirilib.

Banker.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

İqtisadiyyat və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə keçirilən biznes-forumda Azərbaycan və Avstriya tərəfindən rəsmi şəxslərlə yanaşı, energetika, nəqliyyat və logistika, informasiya texnologiyaları, səhiyyə, qablaşdırma sənayesi, yol infrastrukturunun təkmilləşdirilməsi, konsaltinq xidmətləri, inşaat, maşınqayırma, kimya sənayesi, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Forumda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Avstriya Federal İqtisadiyyat Palatasının vitse-prezidenti Riçard Şents, AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov çıxış ediblər.

Forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər