8 C
Baku
Thursday, March 28, 2024

2 dollarlıq banknotun tapmacası

ABŞ-a yollanan dostlarınızdan birindən sizə oradan 2 dollarlıq banknotun gətirilməsini xahiş edin. Böyük ehtimalla, onlar geri döndükdə belə bir banknotu ümumiyyətlə görmədiklərini və yaxud onun mövcud olmadığını deyəcəklər. 2 dollarlıq banknot bütün Amerika boyu dövriyyədə olan pullar sırasına daxil olsa da, onu azad dövriyyədə görmək çox çətindir.
Bu banknot dövriyyədə peyda olan kimi sərhəddən kənara çıxarılır, hərraclarda nümayiş etdirilir, numizmatiklərə satılır.

Bəs bunun səbəbi nədir? Nəyə görə 2 dollarlıq banknot belə nadirdir? Ola bilsin ki, bunun əsas səbəbi “xoşbəxtlik və uğur” gətirdiyi hesab edilən bu banknot haqqında yayılan əfsanələrdir.
ABŞ-ın iki yüz illiyi şərəfinə buraxılan 2 dollarlıq banknot bir çox kolleksionerlər tərəfindən nadir hesab edilir. 2 dollarlıq banknot Amerikanın üçün çoxdan vərdiş etdiyi puldur və uzun illər ərzində ABŞ-da pul dövriyyəsində iştirak edir. Belə bir banknot artıq 10 may 1775-ci ildə Filadelfiyada ilk buraxılan pullar dəstinin tərkibində idi. 2 dollarlıq banknot o zaman ayrı-ayrı ştatlar tərəfindən də buraxılırdı: Merilenddə 1770, Nyu-York və Şimali Karolinada 1775, Corciya və Nyu-Hempşirdə 1776-cı ildən buraxılırdı və s. Birinci Vətəndaş müharibəsi zamanı, 1861-1865-ci illərdə bir çox ştatlar öz pullarını buraxırdılar ki, bunların içərisində 2 dollarlıq banknot da var idi.

İlk 2 dollarlıq banknot 1862-ci ildə ABŞ Federal hökuməti tərəfindən buraxılmışdı. Onların üzərində Xəzinədarlığın ilk katibi Aleksandr Hamiltonun təsviri yer almışdı. Lakin 1869-cu ildə bu təsvir ABŞ-ın üçüncü prezidenti və Müstəqillik aktının müəllifi Tomas Cefersonun təsviri ilə əvəzləndi. Qeyd etmək lazımdır ki, ilk olaraq iki dollarlıq banknotlar bank və əhali arasında böyük populyarlıqla istifadə olunmurdu. Bunun isə bir neçə səbəbi var idi. Ən geniş yayılmış səbəblərdən biri o idi ki, əksər kassa aparatlarında 2 dollar nominalında olan banknot üçün ayrıca yer nəzərdə tutulmamışdı. Görünür, bu izahat bəzi mənalara sahibdir. Eyni səbəbdən Almaniya Federativ Respublikasında 5 alman markı çox istifadə olunmurdu.
Belə bir fikir mövcud idi ki, 2 dollarlıq banknotu asanlıqla 1 dollar ilə səhv salmaq olurdu. Bu isə özlüyündə bəzi narahatçılıq doğururdu. Bundan əlavə, əhali arasında yayılan inanca əsasən, 2 dollarlıq banknotlar uğursuzluq gətirirdi. Bütün bunlar banknotun az yayılmasına gətirib çıxardı. Vəziyyət hətta o səviyyəyə çatmışdı ki, satıcılar mağazalarda 2 dolları qəbul etməkdən imtina edirdilər.
Sonuncu dəfə dollar 1928-ci ildə ciddi dəyişikliyə məruz qaldı. Bütün banknotların ölçüsü kiçildildi, xarici görünüşü isə standartlaşdırıldı və kiçik dəyişikliklər ilə bu günümüzə qədər gəldi. Bu növ buraxılan valyutalar sırasında 2 dollar da var.

Onun üz tərəfində Tomas Ceferson (1743-1826) təsvir edilib. 1928-ci il buraxılışı olan banknotun digər üzündə isə Cefersonun mülkü olan Montiçello (italyan dilindən tərcümədə “Kiçik dağ” deməkdir) təsviri yer alıb. Montiçello onun özünün layihəsi əsasında inşa edilib. O ömrünün son 17 ilini burada keçirib, çox saylı qonaqlar qəbul edib, danışıqlar aparıb.
Onun Montiçellodakı kitabxanasında təqribən 6500-ə yaxın Amerikanın ən yaxşı kitablarının cildi mövcud idi və Konqress kitabxanasının əsasını qoyub. Maraqlıdır ki, Cefersonun və onun evinin təsviri Amerikanın 5 sentinin də üzərində yer alıb.

Son xəbərlər
Digər xəbərlər