18 C
Baku
Thursday, April 25, 2024

2 şirkət Təhsil Nazirliyindən təxminən 12 milyon manat alacaq

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Mühəndislik Tikinti Təchizat” MMC və Simplex QSC ilə təxminən 12 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, “Mühəndislik Tikinti Təchizat” MMC ilə olan müqavilədə Bir sıra təhsil müəssisələrində istilik sistemləri və elektrik təchizatı üçün avadanlıqların alınıb-quraşdırılması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 4 894 050 manatdır.

Simplex QSC ilə olan müqavilədə isə Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satınalınması nəzərdə tutulur. Bu müqavilənin məbləği isə 6 483 791 manatdır.

İki müqavilənin cəmi məbləği isə 11 377 841 manatdır.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər