26 C
Baku
Wednesday, April 24, 2024

20 manatlıq əskinaslar yenilənir

Azərbaycan Mərkəzi Bankı “Qarabağ” mövzusuna həsr olunmuş 20 manatlıq əskinasının yenilənməsini həyata keçirib.

Bu barədə qurumun sədri Elman Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, yeni əskinasların növbəti ildən tədavülə buraxılması nəzərdə tutulur.

“Qarabağ” mövzusuna həsr olunmuş bu pul nişanı üzərində əsas dizayn motivləri – Azərbaycan xalqının qüdrətini, gücünü və mübarizə əzmkarlığını əks etdirən qılınc, dəbilqə və qalxan təsvirləri saxlanılmaqla əlavə dizayn elementləri, o cümlədən Qarabağ florasının incisi sayılan və qələbə rəmzini simvolizə edən Xarıbülbül nişanəsi və “Qarabağ” sözü ön plana çəkilib”, – deyə o, qeyd edib.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər