8 C
Baku
Thursday, March 28, 2024

2012-cü ildə satılan ən bahalı sənət əsərləri

2012-ci ilin hərracı bu günə qədər keçirilmiş hərraclar içərisində ən çox gəlir gətirən hərrac olub. Burada 10 ən bahalı sənət əsəri 595 milyon dollar gəlir gətirmişdir. Belə ki, bu hərrac vasitəsilə 2011-ci ildəki 414 milyon dollarlıq nəticəni də üstələmək mümkün oldu.

Sotheby’s hərracında Edvard Munkun “Qışqırıq” rəsmi sənət əsərləri tarixində ən bahalı əsər oldu. Ümumilikdə isə Nyu-Yorkun və Londonun ən böyük hərraclarında impressionizm, modernizm, müharibəöncəsi və müasir tipli sənət əsərləri 3.8 milyard dollara satılmışdı.

2012-ci ilin ən bahalı reytinqlərini təyin edən Bloombergin qeyd etdiyinə görə bu 2011-ci ilin nəticələrini 25% həcmində üstələmişdir.

 EDVARD MUNK “QIŞQIRIQ”, SOTHEBY’S HƏRRACI, 119,9 MILYON DOLLAR

shekl1

Edvard Munkun “Qışqırıq” əsəri bu günə qədər olan hərraclar tarixində satılan ən bahalı sənət əsəri oldu. Bu əsər 2 may 2012-ci ildə Sotheby’s hərracında 119,9 milyon dollara satıldı. Hazırkı dövrümüzə qədər bu rekord Pablo Pikassonun “Çılpaq, yaşıl yarpaqlar və büst” əsərinə məxsus idi və bu əsər 2010-cu ildə 106,5 milyon dollara satılmışdı. Daha sonradan “Qışqırıq” əsərini alanın amerikalı milyarder, Apollo Global Management fondunun yaradıcısı Leon Blek olduğu aydınlaşdı. O həmçinin MoMA müasir incəsənət muzeyinin qəyyumudur və 2013-cü ilin 29 aprelindən etibarən bu rəsm həmin muzeydə sərgilənir.

MARK ROTKO, “NARINCI, QIRMIZI, SARI”, CHRISTIE“S HƏRRACI 86,9 MILYON DOLLAR

shekl2

1961-ci ildə yaradılan bu əsər Devid Punkusun sənət əsərləri ilə birgə sərgilənmişdir. Hərracda rəsmə ilkin qiymət kimi 35-45 milyon dollar təyin edilmişdi. Lakin Christie“s hərracında rəsmə 86,9 milyon dollar qiymət verildi. Mark Rotkonun “Bəyaz Mərkəz” adlı digər əsəri isə 2007-ci ildə 72,8 milyon dollara satılaraq rekorda imza atmışdı.

MARK ROTKO, “N1 (KRAL QIRMIZISI VƏ MAVISI), SOTHEBY’S HƏRRACI 75,1 MILYON DOLLAR

shels3

Abstraktsionist Mark Rotkonun “N1” əsəri 13 noyabrda Nyu-Yorkda Sotheby’s hərracında 75,1 milyon dollara satıldı. Rəsm əsərinin müəllifi qiyməti 35-50 milyon dollar həcmində təxmin etsə də rəsm əsərinə maraq daha yüksək olmuşdur. Bu rəsm əsəri 1954-cü ildə çəkilmişdir və müəllif ilk növbədə bu rəsmi Çikaqo İncəsənət İnstitutunda sərgiləmək üçün nəzərdə tutmuşdu. 1982-ci ildə isə abstrakt ekspressionizm nümunələrini toplayan Ben Xeller bu rəsmi 500 min dollara satmışdı.

RAFAEL SANTI, “GƏNC APOSTOLUN BAŞI”, SOTHEBY’S HƏRRACI 47,8 MILYON DOLLAR

shekls4

5 dekabrda Sotheby’s hərracında Rafael Santinin bu rəsmi 47,8 milyon dollara satıldı. Bu qiymət ekspertlərin bu rəsmə təyin etdiyi qiymətdən iki dəfə çox idi. Qreqori Rubinşteynin sözlərinə görə bu əsər Rafaelin İkinci Dünya Müharibəsini yaşamış 3 məşhur şah əsərlərindən biridir. Onun özünəməxsus mövcudolma tarixi vardır və üçyüzilliklər boyu Devonşir hersoqlarının kolleksiyalarında idi.

LI KEJAN, “MINLƏRLƏ QIRMIZI TƏPƏ”, — POLY INTERNATIONAL, 46 MILYON DOLLAR

shelks5

Mao Çsedunun 1964-cü ildə yazılmış şeirlərinin motivləri əsasında çəkilən bu rəsm 46 milyon dollara satıldı. Bu məbləğ rəssamın digər nailiyyətləri ilə müqayisədə onun üçün rekord məbləğdir.

ROY LIXTENŞTEYN “YATMIŞ QIZ”, SOTHEBY“S HƏRRACI 44,9 MILYON DOLLAR

shekl6

1964-cü ildə çəkilmiş bu əsər Sotheby“s hərracında 44,9 milyon dollara satıldı və müəllifin ən böyük nailiyyəti hesab olunur. The New York Times-in verdiyi məlumatlara əsasən Çin, Avropa, Amerika alıcıları bu rəsmi əldə etmək üçün mübarizə aparırdılar. Buna baxmayaraq, bu sənət əsəri telefon danışığı vasitəsilə rəsmi alan naməlum bir şəxsə qismət oldu.

FRENSIS BEKON, “GÜZGÜDƏ ƏKSI GÖRÜNƏN YAZI YAZAN ADAM”, SOTHEBY“S HƏRRACI 44,9 MILYON DOLLAR

shekl7

Frensis Bekonun bu rəsm əsəri adı keçən hərracda 44,9 milyon dollara satılmışdır.

ENDI UORXOL, “AZADLIQ ABIDƏSI”, CHRISTIE“S HƏRRACI, 43,8 MILYON DOLLAR

shekls8

14 noyabr Christie“s hərracı zamanı bu əsər rekord qiymətə satılan əsər oldu. Hərracdan öncə bu rəsm 35 milyon dollar olaraq qiymətləndirilsə də, hərrac zamanı 43,8 milyon dollara satıldı. Hərrac zamanı ümumilikdə müharibəöncəsi və müasir tipli sənət əsərlərindən 412,3 milyon dollar gəlir əldə olundu. Burada 8 rekord qeydə alınmaqla yanaşı, 11 sənət əsəri 10 milyon dollardan, 16 sənət əsəri 5 milyon dollardan və 56 rəsm əsəri isə 1 milyon dollardan baha qiymətə satıldı.

KLOD MONE, “SU ZANBAQLARI”, CHRISTIE“S HƏRRACI 43,8 MILYON DOLLAR

water lilies9

7 noyabr Christie“s hərracında Klod Monenin bu rəsmi 43,8 milyon dollara satıldı. Hərracdan öncə isə rəm 30-50 milyon dollar həcmində qiymətləndirilmişdi.

PABLO PIKASSO, “LALƏLƏR NATÜRMOTU”, SOTHEBY’S HƏRRACI, 41,5 MILYON DOLLAR

20121009 picasso tulips10

Nyu-Yorkda keçirilən hərrac zamanı Pablo Pikassonun bu rəsmi 41,5 milyon dollara satıldı. Lkain hərracdan öncə rəsm 50 milyon dollar məbləğində qiymətləndirilmişdi. 1932-ci ildə iki saat yarım müddətində çəkilmiş rəsm əsərində rəssamın gənc muzası Mari-Terez Valter təsvir olunub. Bu möhtəşəm sənət əsəri 2010-cu ildə Nyu-York hərraclarında dünya rekordu olan 106,5 milyon dollara satılmışdı.

Son xəbərlər
Digər xəbərlər