ADİF: “İllik 12 faizədək olan bütün əmanətlər qorunacaq”
Hesab Vaxtı Azərbaycanda bank əmanətlərinin sığortalanması ilə bağlı bu il fevralın 24-də qəbul edilən yeni qərar təkcə bundan sonra qoyulan əmanətlərə deyil, indiyədək bankda olan əmanətlərə də şamil ediləcək.
Bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADİF) ölkə banklarına göndərdiyi məktubda deyilir.
Bildirilir ki, 2013-cü il avqustun 1-dən etibarən banklara qoyulan bütün 12 faizədək olan əmanətlər qorunacaq.
Xatırladaq ki, bu il fevralın 24-dən qorunan əmanətlərin faiz dərəcəsi 12 faiz müəyyənləşib. Ötən ilin mayından bu dərəcə 9 faizə endirilmişdi. Əmanətlərin Sığortalanması Fondu indiyədək faiz dərəcəsini dəyişdirəndə qərar əvvəlki tarixə şamil olunmayıb.
ANS PRESS