15 C
Baku
Friday, April 26, 2024

2019-cu ildən büdcə mühasibləri mənfəət vergisi ödəməlidir

 

Bu haqqda fikirləri ilə İqtisadçı-ekspert Rauf Qarayev Banker.azla bölüşmüşdür. Onun sözlərinə görə, bu günə kimi büdcə qanunvericiliyinə əsasən büdcə təşkilatı sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzdir. Bununla da ona gəlir əldə etmək qadağan idi. Amma yeni təlimata əsasən artıq büdcə təşkilatları xüsusi vəsaitə yəni büdcədən kənar gəlirlərə görə mənfəət vergisi ödəməli olacaqlar. Bunun üçün onlar qabaqcadan uçotda durmalıdırlar. Bu özünü İctimai Sektor üçün nəzərdə tutulan Q-13 nömrəli qərarda öz əksini tapıb. Təlimata 261 hesab əlavə edilib (Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri) və 421.1 (Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri) . “Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri” hesabında təşkilatın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı mənfəət vergisi üzrə çıxılan müvəqqəti fərqlər, gələcək dövrə keçirilən istifadə olunmamış vergi zərərləri və gələcək dövrə keçirilən istifadə olunmamış vergi kreditləri ilə əlaqədar gələcək dövrlərdə əvəzi alınmalı olan mənfəət vergisi barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Çıxılan müvəqqəti fərqlər aktiv və ya öhdəliyin balans dəyərinin əvəzinin alındığı və ya ödənildiyi gələcək dövrlərin vergi mənfəətinin (vergi zərərinin) müəyyən olunmasında çıxılan məbləğlər ilə nəticələnən müvəqqəti fərqlərdir.

“Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri” hesabında təşkilatın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı mənfəət vergisi üzrə vergi tutulan müvəqqəti fərqlər ilə əlaqədar gələcəkdə ödənilməli olan mənfəət vergisi barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Təxirə salınmış vergi öhdəlikləri hesabında mənfəət vergisi və digər vergilər üzrə təxirə salınmış vergi öhdəlikləri uçota alınır. Mənfəət vergisinin uçotu Hesablar Planının 90-cı maddəsində əks etdirilir. Bu maddədə təşkilatın hesabat dövrü ərzində sahibkarlıq fəaliyyəti üzrə hesablanmış cari və təxirə salınmış mənfəət vergisi üzrə xərclər barədə ümumiləşdirilmiş məlumatlar təqdim edilir. Bu maddə üzrə aşağıdakı hesablar açılır: 901 №li “Cari mənfəət vergisi üzrə xərclər”; 902 №li “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər”. Təşkilat sahibkarlıq fəaliyyətini mənfəətlə başa vurduqda və bu zaman yaranmış ümumi mənfəət (uçot mənfəəti) Vergi Məcəlləsinə uyğun olaraq hesablanmış mənfəətdən (vergi mənfəətindən) aşağı olduqda mənfəət vergisi üzrə xərclərin hesablanması məqsədi ilə aşağıdakı mühasibat yazılışları verilir: cari mənfəət vergisi üzrə xərclərə görə 801 №li hesabın müvafiq subhesablarının debeti və 901 №li hesabın müvafiq subhesablarının krediti üzrə; həmin məbləğin dövlət büdcəsinə hesablanması üzrə 901 №li hesabın müvafiq subhesablarının debeti və 308 №li hesabın müvafiq subhesablarının krediti üzrə; hesabat dövrünün təxirə salınmış vergi aktivlərinə 902 №li hesabın müvafiq subhesablarının debeti və 801 №li hesabın müvafiq subhesablarının krediti üzrə, eyni zamanda 261 №li hesabın müvafiq subhesablarının debeti və 902 №li hesabın müvafiq subhesablarının krediti üzrə.

Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivi hesablanan zaman, keçmiş illər üçün təxirə salınmış vergi öhdəliyi mövcuddursa, o zaman həmin təxirə salınmış vergi öhdəliyi məbləği həddində 424 №li hesabın müvafiq subhesablarının debeti və 902 №li hesabın müvafiq subhesablarının krediti üzrə, qalan məbləğ həddində isə 261 №li hesabın müvafiq subhesablarının debeti və 902 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Təşkilat sahibkarlıq fəaliyyətini mənfəətlə başa vurduqda və bu zaman yaranmış uçot mənfəəti Vergi Məcəlləsinə uyğun olaraq hesablanmış vergi mənfəətindən yuxarı olduqda mənfəət vergisi üzrə xərclərin hesablanması məqsədi ilə aşağıdakı mühasibat yazılışları verilir: hesabat dövrünün cari mənfəət vergisi xərclərinə 801 №li hesabın müvafiq subhesablarının debeti və 901 №li hesabın müvafiq subhesablarının krediti üzrə; həmin məbləğin dövlət büdcəsinə hesablanması üzrə 901 №li hesabın müvafiq subhesablarının debeti və 308 №li hesabın müvafiq subhesablarının krediti üzrə; hesabat dövrünün təxirə salınmış vergi öhdəliklərinə 801 №li hesabın müvafiq subhesablarının debeti və 902 №li hesabın müvafiq subhesablarının krediti üzrə, eyni zamanda 902 №li hesabın müvafiq subhesablarının debeti və 424 №li hesabın müvafiq subhesablarının krediti üzrə. Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri hesablanan zaman, keçmiş illər üçün təxirə salınmış vergi aktivləri mövcuddursa, o zaman həmin təxirə salınmış vergi aktivləri məbləği həddində 902 №li hesabın müvafiq subhesablarının debeti və 261 №li hesabın müvafiq subhesablarının krediti üzrə, qalan məbləğ həddində isə 902 №li hesabın müvafiq subhesablarının debeti və 424 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Verilən hesabatların içində bu barədə qeyd Maliyyə Fəaliyyətinin Nəticələri haqqında hesabatın sonunda “Mənfəət vergisi “deyilən hissəsində öz əksini tapıb.Digər vergi dərəcələri təlimatda öz əksini tapmayıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər