3 C
Baku
Saturday, December 14, 2024

2022-ci ildə İKZF-yə dövlət büdcəsindən nizamnamə kapitalının artırılması üçün 95 milyon manat ayrılacaq

2022-ci ildə İpoteka və Kredit Zəmanət Fonduna (İKZF) dövlət büdcəsindən nizamnamə kapitalının artırılması üçün 95 milyon manat ayrılacaq.

“İnterfaks-Azərbaycan”ın əldə etdiyi gələn ilin dövlət büdcəsi materiallarına əsasən, 2022-ci ildə Fond dövlət büdcəsindən ümumilikdə 100 milyon manat alacaq. Bunun 95 milyon manatı nizamnamə kapitalının artırılması, daha 5 milyon manatı – sahibkarlar üçün manatla kreditlər üzrə faizlərə görə subsidiyalara yönəldirləcək.

30 iyun 2021-ci il tarixinə İKZF-nin nizamnnmə kapitalı 762,5 milyon manata bərabərdir.

Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər