-3 C
Baku
Sunday, December 15, 2024

2023-cü ilədək ARDNF-nin aktivləri bir barel nefin qiyməti $60 olacağı halda $51 mlrd.-a çatacaq

2023-cü ilədək Dövlət Neft Fondunun (ARDNF) aktivləri bir barel neftin qiymətinin $60 səviyyəsində qalacağı halda $50,8 mlrd.-a çatacaq. Banker.az bildirir ki, bu barədə Fondun icraçı direktorunun müşaviri Nərgiz Nəsrullayeva-Müdüroğlu bəyan edib.

“ARDNF-nin ortamüddətli və uzunmüddətli gəlirləri üzrə proqnozlarımız bir barel neftin $60 məbləğində orta qiymətinə əsaslanıb. Cari proqnozlarımıza əsasən, 2022-ci ilin sonuna ARDNF-nin aktivləri $50,8 mlrd.-a çatacaq”, – N.Nəsrullayeva-Müdüroğlu «Azeri Observer» jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2015-2016-ci illərdə ARDNF-nin aktivlərinin azalması müşahidə edilib, bu da dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşması ilə əlaqədar olub.

“Lakin dövlət büdcə xərclərinin uğurlu optimallaşması ilə bərabər neftin qiymətinin artımı 2017-ci ildən etibarən Fondun aktivlərinin sürətli bərpasına imkan yaradıb. Hazırda aktivlər $38,9 mlrd. məbləğində rekord səviyyədədir”, – N.Nəsrullayeva-Müdüroğlu əlavə edib.

ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.

Son xəbərlər
Digər xəbərlər