2 C
Baku
Saturday, December 14, 2024

2024-cü ilin ilk yarısında şirkətlərin dövlətə mənfəət vergisi ödənişləri 27% azalıb

2024-cü ilin ilk yarısında Azərbaycanın hüquqi şəxslərinin dövlət büdcəsinə mənfəətindən ayırdığı vergi daxilolmalarının həcmində böyük eniş yaşanıb.

Banker.az xəbər verir ki, şirkət və təşkilatlar ilin ilk 6 ayında dövlət büdcəsinə cəmi 3 milyard 826.5 milyon manatlıq ödənişlər ediblər.

Keçən il hüquqi şəxslər dövlət büdcəsinə mənfəət vergisindən 5 mlrd. 240.8 mln. manat ödəniş ayırmışdılar. Bu da öncəki ildən 1 mlrd. 414.3 mln. manat və ya 27 faiz azdır.

2024-cü ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin gəlirləri, milyon manat

  Daxilolmalar yekuna görə faizlə ÜDM-də payı,

faizlə

Gəlirlər – cəmi 18842,8 100,0 31,66
o cümlədən:
Fiziki şəxslərin gəlir vergisi 895,3 4,75 1,51
Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 3826,5 20,31 6,43
Torpaq vergisi 14,2 0,08 0,02
Əmlak vergisi 167,0 0,89 0,28
Əlavə dəyər vergisi 4482,0 23,79 7,53
Sadələşdirilmiş vergi 184,7 0,98 0,31
Aksiz 659,3 3,50 1,11
Yol vergisi 66,2 0,35 0,11
Mədən vergisi 78,1 0,41 0,13
Xarici iqtisadi fəaliyyətlə bağlı vergilər 958,6 5,09 1,61
Digər daxilolmalar 7510,9 39,86 12,62

 

Məlumat üçün bildirək ki, şirkətlərin bütün gəlirləri ilə gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. Mənfəət vergisi də bu mənfəətin müəyyən edilmiş faiz dərəcəsinə vurulması ilə müəyyən edilir. Hazırda mənfəət vergisi 20% olsa da, bu şirkətlərin öncəki maliyyə durumlarına (məsələn yığılmış zərərə görə) fərqli hesablanır.

AR Vergi Məcəlləsinin 105-ci maddəsinə əsasən, müəssisələrin mənfəətindən 20% dərəcəsi ilə vergi tutulur.

Məsələn, müəssisənin hesabat ilində mühasibat mənfəəti 200 000 manat olub. Müəssisə mühasibat uçotunda avadanlıqlara düz xətt metodu ilə, vergi uçotunda isə azalan qalıq metodu ilə amortizasiya xərcləri hesablayır. Hesabat ilində amortizasiya xərcləri mühasibat uçotunda 87 500 manat, vergi uçotunda isə 70 000 manat olub. Fərq 17 500 manat təşkil edir. Beləliklə, mühasibat mənfəəti ilə vergi mənfəəti arasındakı fərq 17 500 manat olacaq. Vergi mənfəəti 217 500 manat, mənfəət vergisi isə 43 500 manat olacaq.

Son xəbərlər
Digər xəbərlər