6 C
Baku
Sunday, December 15, 2024

2030-cu ilə qədər alternativ enerji mənbələrinin payının 30%-ə qədər artması hədəflənib

2030-cu ilə qədər alternativ enerji mənbələrinin payının 30 faizə qədər artması hədəflənib.

Bunu ekologiya və təbii sərvətlər nazirin müavini Umayra Tağıyeva İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci sessiyası ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən İqlim dəyişmələri üzrə Dövlət Komissiyasının üzvlərinin iştirakı ilə keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, Azərbaycanda istilik effekti yaradan qazların emissiyalarının azaldılmasına yönələn müəyyən işlər artıq görülməkdədir.

“Ölkənin alternativ enerji sahəsində geniş potensialı mövcuddur. Bunu nəzərə alaraq ölkədə yaxın gələcəkdə – 2030-cu ilə qədər alternativ enerji mənbələrinin payının 30 faizə qədər artmasını hədəfləyib. Eyni zamanda, 2050-ci ilə qədər ölkənin Paris Sazişi ilə bağlı yeni hədəfləri konvensiyanın sədrliyinə təqdim olunub. Bu da istilik effekti yaradan qazların emissiyalarının 40 faizə qədər azaldılmasına dair öhdəliyimizdir”, – deyə Umayra Tağıyeva bildirib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər