Birləşmiş Krallıqdakı Vestminsterin 7-ci hersoqu – Hyu Riçard Luis Qrosvenor dünyanın 400 zəngini siyahısının ən gənc üzvü olub.
İngiltərənin ən varlı üçüncü adamı və Kral ailəsinin yaxın dostu 6-ci Vestminster Hersoqu Cerald Kavendiş Qrosvenorın ani ölümündən sonra Vestminsterin yeni hersoqu 25 yaşlı gənc Hyu Riçard Luis Qrosvenor olub. Londondakı Belqravia və Mayfair bölgəsində yerləşən dəyərində olan ərazilərin, fermaların və təxminən 30 milyard manat dəyərində olan əmlak şirkəti “Grosvenor Group”-un yeni sahibi yeni hersoqdur. Gənc hersoq Qrosvenor böyük varisin məsuliyyətini öz üzərimə götürsə də, ailənin digər üzvləri də mirasdan istifadə etməyə davam edəcək.
“Bloomberg” xəbər agentliyinin yazdığına görə, Qrosvenor 2015-ci ilin noyabrında dünyanın ən zəngin 400 adamı siyahısında ən gənci seçilən “Wal-mart” şirkətinin varisi – Lukas Valtondan dörd yaş daha cavandır. Siyahıdakı digər ən gənc zənginlər isə 32 yaşlı feysbuk yaradıcıları Mark Zuserberq və Dustin Moskovitzdir.
Publika.az