21 C
Baku
Wednesday, May 1, 2024

250 milyon dollarlıq neft borcunu çayla qaytaracaq

Şri-Lanka 250 milyon dollarlıq neft borcu qarşılığında İrana çay göndərəcək. 

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, ayda 2 milyon dollarlıq çay ixrac ediləcək.

Qeyd edək ki, iki il əvvəl iki ölkə neft borcuna qarşı qayın ixracı barədə razılığa gəlmişdi, lakin Şri-Lankadakı maliyyə böhranı səbəbindən bu razılaşma həyata keçirilmədi.

Tehran Ticarət Palatasının nümayəndə heyətinin üzvü Həmidrza Salehi məsələ ilə bağlı qeyd edib ki, İran istənilən məhsulu istənilən qiymətə qəbul etməlidir. O, İslam Respublikasının birjalarda qiymətlər baxımından həmişə uduzduğunu açıqlayıb: “Bu təmizlənmənin İran üçün itkilərdən başqa heç nəsi yoxdu”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər