2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 262 milyon 497 min ABŞ dolları dəyərində 1 milyon 226 min ton buğda idxal edib.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 57 milyon dollar (18 %) və 262 min ton (18%) azdır.
2019-cu ilin 11 ayında isə Azərbaycana 319 milyon 694 min dollar dəyərində 1 milyon 488 min ton buğda idxal edilib.
Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 2.7 %-ni təşkil edib.