5 C
Baku
Saturday, December 14, 2024

3 sığorta şirkətinin öhdəlikləri 50 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən bu il yanvarın 1-nə 3-də öhdəliklərinin məbləği 50 milyon manatdan çoxdur.

Həmin şirkətlər “PAŞA Həyat Sığorta” (327.802 milyon manat), “PAŞA Sığorta” (146.903 milyon manat), “Atəşgah Həyat Sığorta” (50.240 milyon manat) ASC-lərdir.

Adları çəkilən 3 şirkətin məcmu öhdəlikləri 474.755 milyon manat təşkil edir.

Bu il lisenziya almış “Meqa Həyat Sığorta” və bazara ötən il daxil olmuş “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-lər istisna olmaqla qalan 16 sığorta şirkətindən 10-nun öhdəlikləri 10-40 milyon manat arasında, 5-nin öhdəlikləri 1-10 milyon manat arasındadır.

 

Son xəbərlər
Digər xəbərlər