6 C
Baku
Sunday, December 15, 2024

30 yaşda nə etməliyik ki, 50 yaşda özümüzü daha yaxşı hiss edək?

  1. Siqaret çəkməkdən imtina edin

“İndi məni görə bilsəydiniz, ağrıyan dizlərim üstə çöküb sizə siqaret çəkməkdən imtina etməyi və ya ən azı bu haqda düşünməyi tövsiyə edərdim”, – istifadəçilərdən biri yazır. Həqiqətən də, bu bahadır və 100% zəmanətlə sağlamlıq ilə əlaqəli problemlərə səbəb olacaqdır. Bəlkə dayanmaq vaxtı gəldi?

  1. Valideynlər, bacı və qardaşlar ilə olan münasibətinizi qoruyun (və ya bərpa edin)

Ailənizlə çox çətin münasibət yaşasanız belə, onlarla yola getməyi öyrənməlisiniz. Ailə bağları çox önəmlidir. Tezlikdə bunun əsl sərvət olduğunu başa düşəcəksiniz. 

  1. Günəşdən qoruyucu kremlərdən istifadə edin

Dərinizin quru, qırış və nazir olmasını istəmirsinizsə, çimərliyə gedərkən günəşdən qoruyucu kremdən istifadə edin. 

  1. İdmanla məşğul olun

Bu, həqiqətən vacibdir. İndi aktiv həyat tərzi sürün ki, 50 yaşınızda sağlam olasınız. Artıq çəki almayın, fiziki hərəkətlər edin, vücudunuzu normada saxlayın. 

  1. Pul yığmağa başlayın

Bəli, bu darıxdırıcı və maraqsız məsləhət olsa da, çox vacibdir. 30 yaşda insanın demək olar ki, həmişə artıq pulu olur. İndidən qənaət etməyə başlayın və vaxt keçdikcə böyük məbləğ yığmış olacaqsınız. 

  1. Əlinizdə olan şeylərlə kifayətlənməyi öyrənin

Xoşbəxtlik şöhrət və uğurdan daha vacibdir. Şikayət etmək əvəzinə əlinizdə olan şeylərlə kifayətlənməyi öyrənin. Bundan sonra özünüzü xoşbəxt hiss edəcəksiniz. 

  1. Hədəflərini təxirə salmayın

Ev almaq istəyirsiniz? Elmi dərəcə və ya ikinci ali təhsil almaq? Karyeranı dəyişmək? Biznesə başlamaq? Onda bu gün başlayın. Və deməyin ki, buna nə vaxtsa qayıdacaqsınız. 30 yaşdan sonra zaman həqiqətən də sürətlənir. 

  1. Yuxunuzu alın

Kifayət qədər yatın. Hər gün eyni vaxtda yatın və durun. Yuxusuzluq problemindən qurtulun. 

  1. Dişlərinizə qulluq edin

Yaş ötdükcə dişlərlə əlaqəli problemlər daha da artır, müalicə daha çox vaxt və pul tələb etməyə başlayır. Buna görə həkimə getməlisinizsə, tərəddüd etməyin və gedin. 

  1. Əşyalar yox, xatirələr yığın

Siz – sizin həyat təcrübənizdir. 50 yaşında oyanaraq, maddi sərvətdən başqa heç bir şey toplamadığınızı anlamaq çox acıdır. Xatirələr atıla bilməz, onlar heç vaxt dəyərdən düşmürlər. 

  1. Verməyi öyrənin

Xeyirli işlər görün, başqalarına sevinc gətirən şeyləri edin. Əvəzində heç nə gözləməyin, onda ürəyiniz sevgi ilə dolacaq. 

  1. Maraqlı olun

Hər gün sizi qorxudan bir şey edin. Evdən çölə çıxaraq, ağıla batmayan addımlar atın. Macəraya qatılın! Şəkillər çəkdirin, yaxınlarınızdan birini özünüzlə götürün. Yaşlaşanda bu xatirələr sizi isidəcək. 

  1. Zərərli yeməklər yeməyin

Həyatınız boyunca istədiyiniz qədər pul qazana və xərcləyə bilsəniz belə, sağlamlığınızı bərpa edə bilməyəcəksiniz. Çalışın fast-food, alkoqol və digər zibillərdən imtina edəsiniz. 

  1. İldə ən azı 10 kitab oxuyun

Sizin beyniniz hər zaman inkişaf etməlidir, buna görə də TV-yə və video oyunlarına vaxt sərf etmək əvəzinə, kitab oxuyun. 

  1. Bacardığınız qədər səyahət edin

Səyahət bizi dəyişdirir. Onlar bir çox sualları cavablandırırlar, ilham verirlər. Qorxmayın, səyahət sizə özünüzü canlı hiss etməyə kömək edəcək. 

  1. Meditasiya etməyi öyrənin

Bu çox vaxtınızı almayacaq, həyatınızdakı dəyişiklər isə sizi heyrətə salacaq. Və bunu təsdiqləyən bir çox elmi araşdırma var. 

  1. Özünüz olun, özünüzü heç kimlə müqayisə etməyin

İnanın ki, 50 yaşınız olanda başqalarında hansı təəssürat yaratdığınıza əhəmiyyət verməyəcəksiniz. Yolunuza davam edin, güclü olun. 

  1. Gündəlikdən istifadə edin

Gündəlikdən istifadə edərək, ən dəyərli xatirələrinizi beyninizdə həkk edin. Onları yazın və şəkilləri mütləq saxlayın. 

  1. Dostlarınızı qoruyun

Sizə özünüzü daha yaxşı hiss etməyə kömək edən, ilhamlandıran insanlara dəyər verin. Onlarla gülün, ağılsız hərəkətlər edin, həyatdan zövq alın!

Son xəbərlər
Digər xəbərlər