2 C
Baku
Saturday, December 14, 2024

35 mln. manatlıq yığılmış zərəri olan “Unibank” səhmdarları “mənfəəti bölüşmək” istəyirlər

“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının İllik Ümumi Yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, bu barədə İdarə Heyəti məlumat yayıb. Yığıncaq 22 iyun 2023-cü il tarixində, saat 15:00-da Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, “Zoom” proqram təminatı vasitəsilə məsafədən keçiriləcək.

Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub:

  1. 2022-ci il üzrə “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin kənar auditor tərəfindən təsdiq edilmiş konsolidə əsasında hazırlanmış maliyyə hesabatlarının təsdiqimənfəətin bölüşdürülməsi barədə;
  2. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin investisiya qiymətli kağızların emitenti olaraq 2022-ci il üzrə illik hesabatının təsdiqi.

“Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər”- deyə, elanda bildirilir.

Bank 2022-ci il üzrə hesabatda 557 min manatlıq xalis mənfəət etdiyini açıqlasa da, 1 yanvar 2023-cü il tarixinə balansında illərin 35.04 mln. manatlıq yığılmış zərəri var. Söhbət burada kənar audit edilmiş hesabat deyil, bankın özü tərəfindən aparılan hesabatdan gedir.

Xatırladaq ki, “Unibank KB” ASC-nin 149.39 mln. nizamnamə kapitalı var. Səhmlərinin 87.0%-i Eldar Qəribov, 7.1%-i “Canley Fınance SA” təşkilatı, 2.8%-i Emin Quliyev, 2.4%-i Zemfira Cəfərova və digər 4 yerli fiziki şəxs, 0.4%-i Tsagkamilis Georgios və 0.3%-i Faiq Hüseynova məxsusdur.

123123123123123 

IMG 20230508 200553 903

Son xəbərlər
Digər xəbərlər