18 avqust 2026-cı il tarixində saat 10:00-da dövlət qurumlarının balansında olan nəqliyyat vasitələrinin növbəti özəlləşdirilməsi üzrə hərrac keçiriləcək.
Banker.az xəbər verir ki, bu dəfəki hərracda bir qrup nazirlik, komitə və icra hakimiyyətlərinin xidməti avtomobilləri satışa çıxarılıb.
Siyahıda ən yüksək start qiyməti olan avtomobil İqtisadiyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Biznesinin İnkişafı Fonduna məxsus Toyota Land-Cruiser-Prado (18 000 AZN) modelidir.
Ən ucuz təklif edilən nəqliyyat vasitələri isə Nərimanov Rayon İcra Hakimiyyətinə məxsus Nissan Maxima (4 000 AZN) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin balansındakı Nissan Altima (4 700 AZN) avtomobilləridir.
Hərraca çıxarılan avtomobillərin siyahısı (qiymətlərinə görə baha-ucuz ardıcıllığı ilə):
-
Toyota Land-Cruiser-Prado (2008-ci il) – İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (99AG344). Start qiyməti: 18 000 AZN (Beh: 1800 AZN)
-
Hyundai Sonata (2014-cü il) – İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (99AG388). Start qiyməti: 11 000 AZN (Beh: 1100 AZN)
-
Toyota Camry (2011-ci il) – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (77YL918). Start qiyməti: 9 500 AZN (Beh: 950 AZN)
-
Toyota Corolla (2013-cü il) – Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC (99AX583). Start qiyməti: 9 000 AZN (Beh: 900 AZN)
-
Toyota Corolla (2013-cü il) – “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC (90AS285). Start qiyməti: 8 500 AZN (Beh: 850 AZN)
-
Nissan Sunny (2013-cü il) – “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC (10PN431). Start qiyməti: 7 500 AZN (Beh: 750 AZN)
-
Nissan Sunny (2013-cü il) – “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC (10PN831). Start qiyməti: 7 500 AZN (Beh: 750 AZN)
-
Nissan Sunny (2013-cü il) – “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC (10PN832). Start qiyməti: 7 500 AZN (Beh: 750 AZN)
-
Nissan Sunny (2013-cü il) – “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC (10PR788). Start qiyməti: 7 500 AZN (Beh: 750 AZN)
-
Nissan Sunny (2013-cü il) – “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC (10PU553). Start qiyməti: 7 500 AZN (Beh: 750 AZN)
-
Nissan Sunny (2011-ci il) – “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC (10PJ439). Start qiyməti: 6 000 AZN (Beh: 600 AZN)
-
Nissan Sunny (2011-ci il) – “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC (10PX204). Start qiyməti: 6 000 AZN (Beh: 600 AZN)
-
Nissan Sunny (2011-ci il) – “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC (10PX631). Start qiyməti: 6 000 AZN (Beh: 600 AZN)
-
Nissan Sunny (2011-ci il) – “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC (90PT137). Start qiyməti: 6 000 AZN (Beh: 600 AZN)
-
Fiat Doblo (2014-cü il) – “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC (99AD215). Start qiyməti: 5 500 AZN (Beh: 550 AZN)
-
Hyundai Sonata (2010-cu il) – Nərimanov Rayon İcra Hakimiyyəti (10AD624 i/o). Start qiyməti: 5 000 AZN (Beh: 500 AZN)
-
Nissan Altima (2007-ci il) – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (77YL975). Start qiyməti: 4 700 AZN (Beh: 470 AZN)
-
Nissan Maxima (2007-ci il) – Nərimanov Rayon İcra Hakimiyyəti (90AN950). Start qiyməti: 4 000 AZN (Beh: 400 AZN)







