17 C
Baku
Monday, April 29, 2024

46 tona yaxın “Azersun” məhsulu, 7 ton “Milla” məhv edilib

İstehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə daxil olan müraciət əsasında, “Qurman Plyus” MMC-yə məxsus ümumi çəkisi 15.4 ton, “AZ FP CO LTD” MMC-yə məxsus 70 adda 7.2 ton, “Sun Food” MMC-yə məxsus ümumi çəkisi 45.6 ton müxtəlif növ qida məhsulu “Təmiz Sumqayıt-Kənan” MMC-nin tullantıların zərərsizləşdirmə poliqonunda məhv edilib.

Banker.az bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumat üçün bildirək ki, “AZ FP CO LTD” MMC bazarda “Milla” brendi ilə çıxış edir. “Sun Food” MMC isə “Azersun Holdinq”ə daxil olan şirkətlərdən biridir.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər