-3 C
Baku
Sunday, December 15, 2024

470 min manat pulu mənimsəyən “Aqroinvest” MMC sədrinin apelyasiya şikayətinə baxılır

“Aqroinvest Kredit İttifaqı” MMC-nin İdarə Heyətinin sədri Əyyub Əhmədov barəsindəki hökmdən apellyasiya şikayəti verib.

“Report” Agentliyinin xəbərinə görə, şikayətə Bakı Apelyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrlik etdiyi kollegiya baxır.

Proses iyunun 28-də keçirləcək.

Külli midrada mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinən Ə.Əhmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, Ə.Əhmədov Sahibkarlara Kömək Milli Fondunun 470 min manat pulunu mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

İstintaq dövründə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Qeyd edək ki, “Aqroinvest Kredit İttifaqı” Azərbaycan Mərkəzi Bankınin 2001-ci il tarixli daimi lisenziyasına əsasə fəaliyyət göstərib. Maliyyə qurumu həmin il aprelin 6-da İmişli şəhərində təsis olunub.

Son xəbərlər
Digər xəbərlər