9 C
Baku
Thursday, December 12, 2024

Dövlət Departamenti: Azərbaycanda maliyyə məlumatları açıqdır

ABŞ Dövlət Departamenti dünya ölkələrinin 2020-ci ildə maliyyə şəffaflığına dair hesabatını (2020 Fiscal Transparency Report) dərc etdirib.

Azərbaycanda maliyyə siyasəti ilə bağlı məlumatların da yer aldığı sənəddə ölkədə müvafiq dövr ərzində büdcə və borc öhdəliklərinə dair məlumatların onlayn rejimi daxil olmaqla açıqlanaraq, hökumətin təbii sərvətlər və başqa mənbələrdən əldə etdiyi gəlirlərin bütövlükdə tam şəkildə əks olunduğu bildirilir.

“İri dövlət müəssisələrinin auditdən keçirilən maliyyə hesabatları da onlayn rejimdə açıq olub. Büdcə məlumatları bütövlükdə dürüst olub. Azərbaycanın ali audit qurumu ölkənin illik büdcəsinin icrasına dair yoxlama keçirib, dövlət büdcəsinin icrasına dair rəy və hesabatları da müəyyən müddət ərzində ictimaiyyət üçün açıq olub”, – sənəddə göstərilir.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər