13 C
Baku
Wednesday, May 8, 2024

500 dollarla necə milyarder olmaq olar?

Flex-n-Gate – Şimali Amerikada avto hissələrin istehsalı ilə məşğul olan iri şirkətlərdən biridir. Xan hazırda şirkətin yeganə sahibi və baş direktorudur, onu demək olar ki, sıfırdan yaratmışdır. 

Hazırda Flex-n-Gate-də dünya üzrə 13 minə yaxın işçi və 52 zavod fəaliyyət göstərir. 2011-ci ildə onun satışının həcmi 3,4 mlrd dollara qədər qalxmışdır, Forbes jurnalı isə Xanın sərvətini 2,5 mlrd dollar olaraq qiymətləndirmişdir (ən varlı amerikalılar siyahısında 179-cu yer).

Bütün hallarda bu böyük nailiyyətdir, pakistanlı ailədən çıxmış insan üçünsə böyük bir möcüzədir. Xanın taleyi – bütün dünya ölkələrindən olan insanları ilhamlandıran “amerikan arzusunun” yerinə yetdiyi tipik nümunədir.

Xan Amerikaya İllinoys Universitetində mühəndislik sahəsində təhsil almaq məqsədilə gəlmişdi. Onun cibində Pakistanda kiçik tikinti şirkətinin sahibi olan atasının yığdığı 500 dollar var idi.

16 yaşlı Xan çatanda, artıq yataqxanaya bağlı idi, ona görə də ilk gecəsini Gənc xristian təşkilatının pansionunda keçirdi. Şam yeməyi də daxil olmaqla otaq 3 dollara başa gəldi – bu Pakistan üçün kosmik göstərici hesab olunur.

Səhəri günü isə mətbəxdə gəzərkən Xan “amerikan möcüzəsi” ilə qarşılaşdı: o başa düşdü ki, buğun qabları yuyaraq dünənki xərcləri örtə bilər. “Mən sadəcə məəttəl qalmışdım! – Xan yadına salaraq deyirdi – Mənə saata 1,2 dollar pul ödəyirdilər, bu Pakistanın 99% əhalisinin qazancından yüksəkdir.
Mən ilk dəfə özümü real olaraq azad hiss etmişdim”.

han

Gənc bütün fikrinə təhsilə salmışdı. 21 yaşı olanda universiteti bakalavr diplomu ilə bitirir və Flex-N-Gate şirkətinin texniki direktoru kimi fəaliyyət göstərməyə başlayır. Bu şirkət çox da səmərəli olmayan üsulla – 15 detalın birləşdirilməsi yolu ilə avtomobillər üçün bamper hazırlayırdı.

“Bunu yadıma salanda düşünürəm ki, onlar bunu hansı ağılla edirdilər!?” – Xan deyir.

Sonrakı yeddi il ərzində Xan yığım prosesini sadələşdirmək üçün özünün mühəndislik təcrübəsini istifadə etməyə başladı.

Lakin bütün problem ondan ibarət idi ki, bu ideya heç kimi maraqlandırmırdı, belə ki şirkət ikinci bazar üçün ehtiyat hissələri istehsal edirdi. Sözün əsl mənasında nəyisə dəyişmək üçün Xan avto-istehsal üzərində bilavasitə işləməli idi.

han sha

O işə başladı və bamperin hazırlanmasını yenidən layihələşdirdi. Artıq bir polad parçasından bamper hazırlamaq mümkün idi, bu da yanacağa qənaət etməyə imkan verirdi. 1978-ci ildə Xan götürdüyü kiçik məbləğdə kredit sayəsində şəxsi Bumper Works müəssisəsini yaratdı və dərhal müştərilərin diqqətini cəlb etdi.

General Motors şirkəti Isuzu şirkətindən yapon pikaplarını idxal edirdi, lakin o kütlənin tələblərinə uyğun deyildi, Chrysler-in isə Dodge D50 avtomobilləri ilə oxşar problemi var idi. Xanın kəşfi isə hər iki pikapın ürəyincə oldu.

Düzü, bundan bir həftə sonra Xan Flex-N-Gate-dən uzaqlaşdı və şirkət kommersiya sirlərinin oğurlanmasına görə onu məhkəməyə vermişdi. Pul çatışmazlığına görə Xan ən ucuz vəkil tutdu, bundan əlavə o özü gecələr kitabxanada oturub, müdafiə xətti hazırlayırdı.
O, işləri dalbadal udurdu.

1980-ci ildə İllinoysun Ali Məhkəməsi Flex-N-Gate-in ikinci apelyasiyasını rədd etdi, şirkət hər ay 50 min dollar dəyər itirdiyinə görə Xan Flex-N-Gate-i aktivlərin balans dəyərində satın ala bildi.

Avtomobil giqantı General Motors Xana ABŞ-a az sayda avtomobil ixrac etmək istəyən İsuzu ilə münasibətləri qaydaya salmağa kömək etdi.

han shahid1 400.jpg

Xan yapon tələbələri tərcüməçi kimi işə götürdü və tədricən Isuzu rəhbərlərinin etibarını qazanmağa başladı. Uyğun moment idi: yapon avtomobil istehsalçıları ABŞ-a istiqamətləndilər və orada onlara malgöndərən lazım idi. Nəticədə Xanın şirkəti onlarla birgə inkişaf etməyə başladı.

Tez bir zamanda Flex-N-Gate Mazda, daha sonra isə Toyota ilə əməkdaşlıq etməyə başladı. 1989-cu ildə onun şirkəti Toyota-nı bamper ilə təchiz edən yeganə şirkət idi. 2001-ci ildə Flex-N-Gate-in satışının həcmi 1 mlrd dolları keçmişdir.

Pakistanlı canfəşanlıq və zəkası sayəsində dağılmaq ərəfəsində olan şirkəti mənfəəti 3,4 mlrd dollar olan sənaye giqantına çevirdi. Forbes.ru-un yazdığına görə, bu yaxınlarda o, Amerika Milli Futbol Çempionatının ən pis komandasını, onu əzəmətli komandaya çevirmək məqsədilə satın aldı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər