19 C
Baku
Thursday, April 25, 2024

Məqsədləri düzgün müəyyən etmək üçün 4 məsləhət

Sizin üçün həqiqətən nəyin vacib olduğunu anlayın və bütün diqqətinizi kiçik addımlara yönəldin. 

Bir şeyi “başından etməyin”

Son on ildə marafon qaçan insanlaırn sayı təxminən 50% artıb, bunu Marathon Statistics 2019 Worldwide statistikasında görə bilərsiniz. Təkcə 2018-ci ildə bütün dünyada bir milyon üç yüz min insan finiş xəttini keçdi. Onların bir qismi sadəcə qaçmağı sevir, digərləri isə özünü doğrultmaq və ya iddialı məqsədə çatmaq istəyir. Onlar üçün marafon qələbə rəmzidir, hər şeyin mümkün olduğunun sübutudur. 

Lakin böyük uğurların bir mənfi tərəfi var. Marafona gəldikdə, söhbət postmarafon sindromundan gedir. Belə ki, çox vaxt yarışdan sonra insanları məyusluq, narahatlıq və əzginlik hissi bürüməyə başlayır. 

Bundan əlavə, hədəfə doğru irəlilədikcə beynimizdə mükafatlandırma sistemi aktivləşir. Bir şeyə nail olduğumuzu düşünməyə başlayırıq. Məsələn, marafon öncəsi məşq etdikdə, beyin sizi artıq qalib olduğunuzu sayır və bu səbəbdən real qəbələ gözləniləndən daha az emosiya bəxş edir. 

Yenə də bu mədəniyyət hamını qarşıya iddialı məqsədlər qoymağa təşviq edir. Böyük uğurun bizi sevindirəcəyini düşünməyə başlayırıq. Ancaq hansısa məqsədə “olsun deyə” çatmağa çalışsaq, bu baş verməyəcək. Bunun əvəzinə tükənmə və narahatlıq pozğunluqları qazana bilərsiniz. Çalışın diqqətinizi başqalarının xoşladığı şeylərə deyil, sizin üçün əhəmiyyət kəsb edən məqsədlərə yönəldəsiniz. 

Sizin üçün vacib olan şeylərə aydınlıq gətirin

MetaLab-ın qurucusu Endrü Uilkinson (Andrew Wilkinson) bunun üçün antihədəflərdən istifadə edir. Mütəxəssisin sözlərinə görə, antihədəflər işdə nədən qaçmalı olduğumuzu anlamağa kömək edirlər. O, şirkət ortağı ilə birlikdə uğursuz günü planlaşdırdılar və uzun müddət davam edən iclaslara nifrət etdiklərini başa düşdülər. Buna görə onlar bütün görüşləri videozəng formatında keçirirlər, daha az səyahət etmək üçün müştəriləri öz ofislərinə dəvət edirlər. 

Əlbəttə ki, hər kəsin maliyyə imkanları fərqlidir. Hər halda, antihədəflər sizə prioritetləri çeşidləməyə və xoşbəxtliyə doğru irəliləməyə kömək edəcəkdir. 

Maraqlıdır ki, bəzi insanlar ümumiyyətlə qarşılarına heç bir məqsəd qoymurlar. Proqram təminatının istehsalı ilə məşğul olan Basecamp şirkətinin təsisiçisi Ceyson Frayd (Jason Freid) onlardan biridir. “Məqsəd – ona çatdıqdan sonra yox olan bir şeydir”, – deyə Frayd öz bloqunda yazır. Onun fikrincə, iş və həyat fasiləsizdir və aralıq addımlara bölünməli deyil (yəni məqsədlərə). 

Fəaliyyət sistemi qurun

Deməli, əsas prioritetlərinizi müəyyən etdiniz. İndi bütün diqqətinizi onlara çatmaq üçün zəruri olan fəaliyyət sistemi üzərində cəmləşdirin. Çünki məqsəd sizə sadəcə istiqamət göstərir, sistem isə irəliyə doğru addımlamağa kömək edir. 

Məsələn, kitab yazmaq istəyirsiniz. Bu halda, fəaliyyət sisteminiz bu olacaq: ideyaları necə təşkil edəcəksiniz, qaralamaları kim redaktə edəcək, həftədə neçə saat bu işə sərf edəcəksiniz və s. 

“Son nəticəyə deyil, iş prosesinə aşiq olanda xoşbəxt olmaq üçün gözləməli olmursan”, – deyə sahibkar və müəllif Ceyms Klir (James Clear) kitabında yazır. 

Diqqətinizi kiçik addımlara yönəldin

Özünü xoşbəxt hiss etmək üçün irəliləyişinizi görməlisiniz. Böyük məqsədlər bizə bu işdə az kömək edirlər: onlar ya uzaq gələcəkdədirlər, ya da postmarafon sindromunun yaranmasına səbəb olurlar. Yaxşı olar ki, diqqətinizi kiçik addımlar üzərində cəmləşdirəsiniz. 

“Hər il bir həftəlik Türkiyəyə yaxınlarımın yanına gedirəm, onlara zeytun yığmağa kömək edirəm, – deyə sahibkar Eytekin Tenk (Aytekin Tank) söyləyir. – Məhsul yığımı mənə kiçik addımların böyük bir şeyə necə çevrildiyini xatırladır. Bir zeytun – bir damcıdır. Buna baxmayaraq, bir həftə ərzində o qədər məhsul toplayırıq ki, ondan bir neçə litr zeytun yağı düzəldə bilərik. 

Kiçik, amma müntəzəm addımlar perspektivdə daha əhəmiyyətli nəticələrə gətirib çıxarırlar. Və əlbəttə, uzunmüddətli məqsədlərlə müqayisədə bizə daha böyük zövq verirlər. 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər