Ötən ilin iyul ayında qəbul edilmiş qanunla şəxsə əlillik müddəti bitəndən sonra 6 ayadək dövr ərzində təyin edilən əlillik əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşdirilir.
Beləliklə, həmin dövr üçün də şəxsə əlilliyə görə sosial ödəniş verilir. Bu tədbir cari ildə 16.7 min şəxsi əhatə edib.
Banker.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, onlara əvvəlki əlillik müddətinin bitdiyi vaxtdan təkrar əlillik təyin olunan vaxta qədərki 6 ayadək dövr üzrə 9.2 mln. manat ödənilib.