16 C
Baku
Monday, April 29, 2024

6 ayda 303 milyon manatdan artıq vəsait ödətdirilib – Nazirlik

Məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər davam etdirilir, altı ayda yarım milyona yaxın icra sənədinin icrasının təmin edildiyi və 303 milyon manatdan artıq vəsaitin ödətdirildiyi qeyd olunub.

Bu barədə Ədliyyə Nazirliyinin kollegiya iclasında bildirilib.

Diqqətə çatdırılıb ki, ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 213 iş üzrə ibtidai istintaq tamamlanıb, fiziki və hüquqi şəxslərə vurulan ziyanla bağlı istintaqın gedişində ödətdirilən vəsaitin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 5 dəfə artıb.

Həmçinin, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası ilə bağlı dövlət büdcəsinə 2022-ci ilin birinci yarımili ilə müqayisədə təxminən 70% çox vəsait ödətdirilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər