2020-ci ildə Azərbaycandan 607 511 min dollar dəyərində 606 556 ton meyvə-tərəvəz ixrac edilib.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin illə müqayisədə 2020-ci ildə meyvə-tərəvəz ixracı dəyər ifadəsi ilə 0.3% artıb, miqdar ifadəsi ilə 3.5% azalıb.
Xatırladaq ki, 2019-cu ildə Azərbaycandan 605 816 min dollar dəyərində 628 510 ton meyvə-tərəvəz ixrac edilmişdi.