İtaliyanın Padui əyalətindən keçmiş mühəndis-mexanik olan 83 yaşlı Luidci Milana filologiya üzrə doktorluq dərəcəsini müdafiə etdi.
Cənab Milano öz dissertasiyasını Qvido Goççano-nun işi üzrə müdafiə edib.
Bu 83 yaşlı italyanın sayca 7-ci diplomudur. Milana texnologiyadan tutmuş tarixə qədər müxtəlif sahələrin akademik titullarına sahib olan “əbədi tələbə”- dir.
Luidci Milano Padui yaxınlığında Pontelonqo adlı ərazidə dünyaya gəlib və ilk dəfə məzun libasını geydikdə 53 yaşı var idi. Digər 6 diplomunu isə təqaüdə çıxdıqdan sonra müdafiə edərək əldə edib.