Çikaqo sakini təqribən 70 il əvvəl 1000 dollara səhm almışdı. O zamandan etibarən həmin şəxs bu səhmlərdən milyonlar qazanıb və bütün pulları vəhşi təbiət qoruğunun yaradılmasına bağışlayıb.
Russ Gremel heç vaxt evli olmayıb və övladı da yoxdur. Russ təqribən 70 il əvvəl Walgreens apteklər şəbəkəsinin səhmlərini 1000 dollara alır və onları saxlayır. Chicago Tribune xəbər verir ki, hazırda səhmlərin dəyəri təqribən 2 milyon dollardır.
Gremel vəsaitləri Illinois Audubon Society adlı qeyri-kommersiya təşkilatına bağışlayıb. Pullar İllinois ştatında 400 hektar ölçüyə malik qoruğa köçürülüb. İndi qoruq Gremel Wildlife Sanctuary adını daşıyır.
“Bu dünyada nə isə yaxşı bir şey etmək lazımdır, pullar məhz buna görə lazımdır” – deyə Gremel Chicago Tribune-a bildirib.
Bununla yanaşı, onun sözlərinə görə o artıq pulsuz “əməlli-başlı yaxşı həyat” yaşayıb.