2 C
Baku
Saturday, December 14, 2024

Hansı səbəblərə görə işdən çıxmağa dəyməz?

Bizim bir çoxumuz yəqin ki, işimizi dəyişmək barədə düşünmüşük. Bizə bunu düşünməyə vadar edən isə hər şeyin bizi bezdirməsi, əməkdaşlarımızın bizi qıcıqlandırması, rəhbərliklə münasibətlərin pozulması halları ola bilər. Bəs hansı hallarda özümüzü toplayaraq istefa fikrindən daşınmalıyıq?

Hər zaman yeni bir iş axtarışında olmaq müsbət haldır, lakin özünüzü həm də düşünülməmiş atılan addımlardan qoruyun. 4 əsas səbəb mövcuddur ki, bu səbəblərə görə işdən ayrılmağa dəyməz.

Əməkdaşlarınız sizi qıcıqlandırdıqda:

Müdirin katibəsindən, əsəbi mühasibdən, öz otaq yoldaşınızdan bezmisiniz? Lakin bu başqa bir iş dalınca qaçmağa səbəb olmamalıdır. Məzuniyyət götürün, yaxşıca dincəlin və bəlkə bundan sonra əməkdaşlarınız sizi qıcıqlandırmasın.

Təhlükəsizlik yastığı:

Həyat yoldaşınız artıq elə bir məbləğ qazanır ki, sizin işləməyinizə ehtiyac yoxdur? Bu çox cəlbedici səslənir, lakin unutmayın ki, həyat sürprizlərlə doludur və daha sonralar sabit işinizi tərk etdiyinizə görə peşmanlıq hissi keçirə bilərsiniz. Artıq pul heç kimə yük deyil.

Rəhbərliyə dözəcək gücünüz yoxdursa:

Rəhbərliklə lap yaxşı münasibət qura biləcəyiniz bir iş tapmağınız çox çətindir. Bundan daha çətini isə yaxşı əməkdaşlarınızın olacağı bir iş tapmaqdır. Ən yaxşısı müdirlə münasibətləri qaydaya salmağa çalışmaqdır.

Gərgin münasibətlər:

Hansısa əməkdaşınızı heç kimə biruzə vermədən sevməmək ayrı, əsl mübahisə yaşamaq isə tamam ayrı bir məsələdir. Mübahisənin hansı səbəbdən baş verməsi vacib deyil, bu halın düzəldilməsi üçün məhz işdən ayrılmağınızmı lazımdır? Əgər işinizin rahatlığı bundan asılıdırsa, o zaman qürur və incikliyi unutmaq ən yaxşı üsuldur.

Belə bir radikal qərar qəbul etməmişdən qabaq bunun bütün müsbət və mənfi cəhətlərini müəyyən etmək lazımdır. Əgər sizin işdən ayrılmağınız üçün çox vacib səbəbləriniz yoxdursa, o zaman belə kiçik məsələlərin iş fəaliyyətinizə təsir etməsinə imkan verməyin.

Son xəbərlər
Digər xəbərlər