7 C
Baku
Sunday, December 15, 2024

Komplayens Departamentinin Çirkli Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsi ilə Mübarizə Şöbəsinin Aparıcı mütəxəssisi

Ümumi məlumat

Kapital Bank namizədləri Komplayens Departamentinin Çirkli Pulların yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsi ilə Mübarizə şöbəsinin Aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Maliyyə monitorinq xidmətinə təqdim edilən məlumatların emal edilməsi;
  • Təhlil hesabatlarının hazırlanması və qeydiyyatının aparılması;
  • Daxil olan aidiyyatı sorğuların araşdırılması və müvafiq qaydada cavablandırılması.

Tələblər

  • Ali iqtisadi təhsil;
  • Məlumatların mübadiləsi formalarından (xml, xsd) istifadə edə bilmək qabiliyyəti;
  • ÇPY/TMM ilə bağlı milli qanunvericilik və beynəlxalq standartlar barədə məlumatlara malik olmaq;
  • Sahə üzrə 2 illik iş təcrübəsi;
  • Analitik düşünmə qabiliyyəti;
  • Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik;
  • Fərdi və komanda tərkibində işləmək bacarığı;
  • Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə Rus və İngilis dili biliyi.
Son xəbərlər
Digər xəbərlər